Hindistanda bir gündə mindən çox adam virusdan ölüb

Hindistanda bir gündə mindən çox adam virusdan ölüb
  29 Avqust 2020    Oxunub:3110
Hindistanda son sutka ərzində 76 472 nəfər koronavirusa yoluxub, 1021 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 463 973 nəfərə çatıb. İndiyədək 62 550 pasiyent pandemiyanın qurbanı olub, 2 648 999 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti