Braziliyada virus qurbanlarının sayı 120 minə çatır

Braziliyada virus qurbanlarının sayı 120 minə çatır
  29 Avqust 2020    Oxunub:3243
Braziliyada son 24 saat ərzində 855 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 119 504-ə yüksəlib. Yoluxma sayı 43 412 nəfər artaraq 3 804 803-ə çatıb. İndiyədək 2 976 796 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   virus  





Xəbər lenti