Meksikada bir gündə 6 minə yaxın yoluxma olub

Meksikada bir gündə 6 minə yaxın yoluxma olub
  29 Avqust 2020    Oxunub:4268
Meksikada son sutka ərzində 552 nəfər koronavirusun qurbanı olub. Bununla ölkədə virusdan ölənlərin sayı 63146 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 virusuna yoluxma sayı 5824 nəfər artaraq 585 738-ə yüksəlib. İndiyə kimi 404 667 nəfər infeksiyadan sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti