Dünyada COVID-19-a yoluxanların sayı 25 milyona çatır

 Dünyada COVID-19-a yoluxanların sayı 25 milyona çatır
  29 Avqust 2020    Oxunub:4291
Dünyada koronavirusa yoluxanların sayı 24,9 milyonu keçib.
Azvision.az xəbər verir ki, təhlükəli infeksiyaya yoluxma hallarının sayı 24 917 475-ə çatıb.

Koronavirusdan 841 392-dən çox insan ölüb, 17 302 409 nəfər sağalıb, 6 773 674 xəstənin müalicəsi davam edir.

COVID-19-a yoluxma və ölüm hadisələri ən çox ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 6 096 688 nəfər virusa yoluxub, 185 912 xəstə həyatını itirib.

Braziliya (119 594), Meksika (63 146), Hindistan (62 750), Böyük Britaniya (41 486), İtaliya (35 472), Fransa (30 596), İspaniya (29 011), Peru (28 471), İran ( 21,249), Kolumbiya (18,767), Rusiya (16,914), Cənubi Afrika (13 743) və Çili (11,132) kimi ölkələrdə ölənlərin sayı 10 mini keçib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: COVİD-19   Dünya  





Xəbər lenti