İtaliyada 1444 yeni yoluxma qeydə alındı

İtaliyada 1444 yeni yoluxma qeydə alındı
  30 Avqust 2020    Oxunub:3625
İtaliyada son sutka ərzində 1444 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 266 min 853 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 1 nəfər artaraq 35 min 473-ə çatıb, bu günə kimi 208 min 224 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: Italiya   Koronavirus   Pandemiya  





Xəbər lenti