COVID-19 qurbanlarının sayı 850 minə çatır

   COVID-19 qurbanlarının sayı 850 minə çatır
  30 Avqust 2020    Oxunub:3522
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 25 milyon 190 min 900, pandemiya qurbanlarının sayı isə 847 min 132 nəfərə çatıb.

İndiyədək 17 milyon 542 min 321 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti