Özbəkistanda COVID-19-a yoluxma sayı artdı

Özbəkistanda COVID-19-a yoluxma sayı artdı
  30 Avqust 2020    Oxunub:3624
Özbəkistanda son sutka ərzində COVID-19 virusuna 350 nəfər yoluxub. Ölkə üzrə yoluxma sayı 41 min 303-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusdan daha 6 xəstə vəfat edib. Hazırda xəstəxanalarda 2633 pasiyent var. Onlardan 276-nın vəziyyəti ağır, 138 nəfərin durumu kritikdir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti