Gürcü spiker özünü cəmiyyətdən təcrid etdi

  30 Avqust 2020    Oxunub : 2913
Gürcü spiker özünü cəmiyyətdən təcrid etdi
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze koronavirus təhlükəsi ilə əlaqədar özünütəcrid rejiminə keçib.
Azvision.az xəbər verir ki, spikerin şəxsi mühafizəçi virusa yoluxduğundan A.Talakvadze və onun ailə üzvləri testdən keçiblər.

Məlumata görə, nəticələr neqativ olsa da, A.Talakvadze epidemioloji təhlükəsizlik baxımından özünü təcrid edib.

Azvision.az

Teqlər: Gürcüstan   Spiker