Peruda şəhər meri koronavirusdan öldü

Peruda şəhər meri koronavirusdan öldü
  31 Avqust 2020    Oxunub:2054
Perunun Kusko şəhərinin meri Rikardo Valderrama Fernandes koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti məlumat yayıb.

"Kusko vilayətinin bələdiyyəsi merimizin doktor Rikardo Valderramanın Fernandesin vəfatından dərindən təəssüflənir , ailəsinə başsağlığı verir", məlumatda vurğulanıb.

Qeyd edək ki, 75 yaşlı mer 24 iyulda koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kusko   Mer   Koronavirus  





Xəbər lenti