Hindistan-Çin sərhədində yeni toqquşma olub

Hindistan-Çin sərhədində yeni toqquşma olub
  31 Avqust 2020    Oxunub:2534
Hindistanın Müdafiə Nazirliyi həftə sonu Ladax sərhəd bölgəsində Çin əsgərləri ilə yeni bir toqquşmanın olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində zərəçəkənlərin sayı barədə məlumat verilməyib.

“29-30 avqust tarixində Çin Xalq Qurtuluş Ordu qüvvələri hərbi və diplomatik görüşlər zamanı əldə edilən əvvəlki konsensusu pozaraq, Şərqi Ladaxda status-kvonu dəyişdirmək üçün təxribat xarakterli hərbi hərəkətlər etdilər. Hindistan qoşunları Panqonq-Tso gölünün cənub sahilində bu fəaliyyətin qarşısını aldı.

Hindistan Ordusu dialoq yolu ilə sülhü və əmin-amanlığın saxlanılmasına sadiqdir, eyni zamanda ərazi bütövlüyünü müdafiə etmək əzmindədir", Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Ladaxdakı vəziyyət may ayının əvvəlindən iki ölkənin hərbçiləri arasında qarşıdurmaların baş verməsi ilə kəskinləşib. Bundan sonra Hindistan və Çin Ladakda ölkələr arasındakı sərhədi əvəz edən faktiki nəzarət xəttində hərbi varlıqlarını artırıblar.

15 iyunda yeni bir gərginlik nəticəsində Hindistan tərəfdən 20 əsgər ölüb, Çin isə ölənlərin və yaralananların sayı barədə məlumat açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti