Hindistanda bir gündə 971 nəfər COVID-19-dan öldü

Hindistanda bir gündə 971 nəfər COVID-19-dan öldü
  31 Avqust 2020    Oxunub:2723
Hindistanda son sutka ərzində 78 512 nəfər koronavirusa yoluxub, 971 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 621 245 nəfərə çatıb. İndiyədək 64 469 pasiyent pandemiyanın qurbanı olub, 2 774 801 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti