Ermənistanda koronavirusdan ölənlərin sayı artır

 Ermənistanda koronavirusdan ölənlərin sayı artır
  31 Avqust 2020    Oxunub:2635
Ermənistanda son sutka ərzində daha 31 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 43 781 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, pandemiya qurbanlarının sayı 879-a çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 268 nəfərdir. İndiyədək 37 722 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti