Tixanovskaya BMT və AŞPA-nın iclaslarında çıxış edəcək

Tixanovskaya BMT və AŞPA-nın iclaslarında çıxış edəcək
  31 Avqust 2020    Oxunub:2870
Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya sentyabrın 4-də BMT Təhlükəsizlik Şurasının, sentyabrın 8-də isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclaslarında çıxış etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə prezidentliyə keçmiş namizədin mətbuat xidməti məlumat yayıb.

"Onun sentyabrın 4-də BMT Təhlükəsizlik Şurasının, 8-də isə AŞPA-nın iclasında çıxışları artıq planlaşdırılıb", mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında çıxış etmək üçün dəvət Təhlükəsizlik Şurasının bütün üzvlərinin razılığı əsasında olmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA   BMT  





Xəbər lenti