Yaponiyanın yeni Baş nazirinin adı gələn ay açıqlanacaq

Yaponiyanın yeni Baş nazirinin adı gələn ay açıqlanacaq
  31 Avqust 2020    Oxunub:2709
Yaponiyanın yeni Baş nazirinin adı sentyabrın 17-də elan oluna bilər.
Azvision.az xəbər verir ki, NHK TV -nin məlumatına görə, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının idarə heyəti sentyabrın 1-də yeni hökumət başçısı vəzifəsinə namizədlərin müzakirəsi ilə bağlı iclas keçirəcək.

Bu məsələ ilə bağlı son qərar partiya tərəfindən sentyabrın 13-dən 15-dək veriləcək və bundan sonra məsələ parlamentdə müzakirəyə çıxarılacaq.

Partiyadakı mənbələrə görə, əsas mübarizə keçmiş xarici işlər naziri Kişida Fumio ilə sabiq müdafiə naziri İşiba Şiqeru arasında gedəcək.

Qeyd edək ki, 7 il səkkiz ay Yaponiya hökumətinə rəhbərlik edən Şinzo Abe səhhətinin pisləşməsi ilə əlaqədar ötən həftə istefa etdiyini elan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   Baş-nazir  





Xəbər lenti