Əfqanıstan prezidentinin baş müşaviri öldürüldü

 Əfqanıstan prezidentinin baş müşaviri öldürüldü
  31 Avqust 2020    Oxunub:2652
Əfqanıstan Prezidentinin ictimai məsələlər üzrə baş müşaviri Məhəmməd Həsən Hotak paytaxt Kabildə öldürülüb. Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “1TV” kanalı polisə istinadla məlumat yayıb.
Qeyd edilib ki, müşavir bazar günü axşam evinin yaxınlığında qətlə yetirilib. Əfqanıstan Prezidenti Əşrəf Qani qətli pisləyərək, bunu terror aktı adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Qətl  





Xəbər lenti