Rusiya koronavirus peyvəndinin tədarükünə başlayır

Rusiya koronavirus peyvəndinin tədarükünə başlayır
  31 Avqust 2020    Oxunub:3204
Rusiya koronavirus peyvəndinin böyük miqdarda tədarükünə sentyabr ayında başlayacaq.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko jurnalistlərə deyib.

Onun sözlərinə görə, istehsalın inkişafı və qeydiyyatdan sonrakı nəzarət paralel olaraq davam edir.

"Əlbəttə, ilk olaraq tibbi işçiləri və müəllimlər üçün peyvəndlər göndəriləcək, bu, tamamilə könüllü olacaq. Böyük miqdarda ilk tədarüklər sentyabr ayında başlayacaq", Rusiyanın Səhiyyə naziri bildirib.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatı 11 avqustda Prezident Vladimir Putin tərəfindən elan edildi. Onun sözlərinə görə, Rusiya COVID-19 əleyhinə
dərmanı qeydə alan birinci ölkə olub və peyvənd olduqca təsirli işləyir, sabit toxunulmazlıq meydana gətirir.

Peyvənd bütün lazımi testlərdən keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti