Lukaşenkoya qarşı 3 dövlət sanksiya tətbiq edəcək

 Lukaşenkoya qarşı 3 dövlət sanksiya tətbiq edəcək
  31 Avqust 2020    Oxunub:2776
Litva, Latviya və Estoniya prezident Aleksandr Lukaşenko başda olmaqla 30 Belarus məmuruna qarşı sanksiya tətbiq edəcək.
Azvision.az xəbər verir ki, Bu barədə Reuters Litva prezidenti Qitanas Nausedaya istinadən yazır. Qeyd olunur ki, məmurların bu ölkələrə girişi qadağan ediləcək.

Qeyd edək ki, Belarus müxalifətinin tərəfdarları hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80%-dən çox səs topladığı yeni prezident seçkilərinin nəticələrini tanımır. Bu səbəbdən bəzi şəhərlərdə iğtişaşlarla nəticələnən aksiyalar keçirilir.

Şahanə Rəhimli


Teqlər: Belarus   Litva   Latviya   Estoniya  





Xəbər lenti