Misirlə Livan arasında diplomatik münaqişə

Misirlə Livan arasında diplomatik münaqişə
  26 Yanvar 2014    Oxunub:1036
Misir öz diplomatlarını Liviyadan evakuasiya etməyə başlayıb.

Misir hökuməti diplomatik korpusun bütün heyətinin Liviyadan dərhal evakuasiya olunması barədə qərar qəbul edib. Misirin Xarici İşlər Nazirliyi evakuasiyanın başlandığını bildirib. Tripoli hava limanına xüsusi təyyarə göndərilib. Diplomatlar bu təyyarə ilə vətənə uçublar.

Bu qərar son iki gündə Tripolidə Misir səfirliyinin birdən-birə altı əməkdaşının oğurlanması ilə bağlıdır. Səfirliyin beş əməkdaşı, o cümlədən Misirin mədəniyyət məsələləri üzrə attaşesi şənbə günü, yanvarın 25-də naməlum şəxslər tərəfindən oğurlanıb. Bir gün əvvəl, yanvarın 24-də gündüz silahlı adamlar səfirliyin başqa bir əməkdaşının evinə soxularaq onu naməlum istiqamətə aparıblar.

Diplomatik münaqişənin səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti