Abe və Putin Kuril adalarını müzakirə edib

Abe və Putin Kuril adalarını müzakirə edib
  31 Avqust 2020    Oxunub:2713
Keçən həftə istefa vermək qərarını açıqlayan Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər Kuril adaları ilə bağlı müzakirələr aparıb.

Abe, Tokionun Kuril adaları ilə əlaqədar problemi həll etmək və ölkələr arasında sülh müqaviləsi bağlamaq üçün Moskva ilə dialoqa davam etmək niyyətini təsdiqləyib.

Qeyd edək ki, Ş.Abe ötən həftə səhhəti ilə bağlı istefasını elan edib. Yeni Baş nazir seçiləndək o, vəzifəsini davam etdirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti