İrəvanda futbolçu qardaşlar polisi döyüb

İrəvanda futbolçu qardaşlar polisi döyüb
  31 Avqust 2020    Oxunub:2591
İrəvanda iki futbolçu yol polisi müfəttişi ilə mübahisədən sonra onu döyüb.
Azvision.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, hadisə dünən axşam baş verib.

Polisi döyən 30 və 26 yaşlı iki qardaş tutulub, onlar barəsində cinayət işi açılıb. Hadisəni törədənlərdən biri Qor Malakyan "Ararat-Ermənistan" klubunun və Ermənistan millisinin yarımmüdafiəçisidir. Onun böyük qardaşı Edqar isə Ermənistanın "Şirak" klubunun yarımmüdafiəçisidir.

Məhkəmə ekspertizası təyin edilib, araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şirak  





Xəbər lenti