Yanukoviç yüksək postları müxalifətə verməyə hazırdır - VİDEO
Ukrayna Prezidenti Viktor Yanukoviç "ZƏRBƏ" partiyasının lideri Vitali Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsini təklif edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Yelena Lukaş bildirib.
"Humanitar məsələlər üzrə Baş nazirin müavini vəzifəsi Vitali Kliçkoya Ukrayna prezidenti tərəfindən təklif olunub. Ukrayna Prezidenti əmindir ki, müxalifətlə birgə iş dövlətə birləşməkdə və cəmiyyət üçün zəruri islahatlar aparmaqda kömək edəcək ", - prezidentin saytı onun sözlərindən sitat gətirir.