Rusiyada 3,6 milyon insan işsizdir

Rusiyada 3,6 milyon insan işsizdir
  31 Avqust 2020    Oxunub:2798
Rusiyada pandemiya dövründə rəsmi olaraq qeydiyyata alınan işsizlərin sayı 3,6 milyona çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiə naziri Anton Kotyakov deyib.

Onun sözlərinə görə, COVİD -19 pandemiyası zamanı 2,5 milyondan çox rusiya vətəndaşı məşğulluq mərkəzlərinə müraciət edib. Bununla da qeydiyyatdan keçən insanların sayı 727 mindən 3,6 milyon nəfərə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Rusiya  





Xəbər lenti