Ermənistanda bütün sahələrdə problem var - Tsarukyan

 Ermənistanda bütün sahələrdə problem var -  Tsarukyan
  31 Avqust 2020    Oxunub:3255
Bu gün Ermənistanda elə bir sahə yoxdur ki, orada problem olmasın.
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyan deyib.

Onun sözlərinə görə, iqtisadi böhran və epidemiya insanların bank krediti faizlərini ödəmələrini, övladlarını qidalandırmalarını və ya valideynlərini müalicə etmələrini mümkünsüz edib.

“İnsanlar çox ağır vəziyyətdədirlər, uçurumdadırlar. Bu gün hər hansı bir məmur, rəhbər öz xalqı ilə maraqlanmağa və problemlərin həlli yollarını təklif etməyə borcludur”, partiya lideri əlavə edib.

Tsarukyan vurğulayıb ki, hakimiyyətə qarşı etiraz aksiyaları hər gün keçirilir.

"İnsanlar deyirlər: əziz hökumət, bir addım at, heç olmasa bir fürsət ver, lüks istəmirik. Bu gün insanlar hökumət binasının önünə gələrək etiraz edirlər. Ancaq kimsə onların yanına gəlir? Kimsə insanları dinləyir ki, heç olmasa onlar haqqında düşündüklərini hiss etsinlər?", deyə partiya lideri sual edib.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: ÇiçəklənənErmənistan  





Xəbər lenti