Koronavirus İranda daha 109 can aldı

Koronavirus İranda daha 109 can aldı
  31 Avqust 2020    Oxunub:2817
İranda son sutka ərzində daha 109 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 21 571 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 1642 nəfər artaraq 375 212-yə yüksəlib.

İranda indiyədək 323 233 pasiyent sağalıb, 3 811 xəstənin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti