Putin Koçaryanı təbrik edib

Putin Koçaryanı təbrik edib
  31 Avqust 2020    Oxunub:2906
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı 66 yaşının tamam olması münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrik teleqramı Kremlin saytında dərc olunub.

“Rusiyada sizi müasir Ermənistanın inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimi kimi tanıyırlar. Ölkələrimiz arasındakı dostluq, müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə şəxsi töhfənizi yüksək qiymətləndiririk”, təbrikdə deyilir.

Putin Koçaryana möhkəm can sağlığı, rifah və yaxşı əhval-ruhiyyə arzulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti