Gürcüstanda parlament seçkilərinin tarixi açıqlanıb

Gürcüstanda parlament seçkilərinin tarixi açıqlanıb
  31 Avqust 2020    Oxunub:2751
Gürcüstanda parlament seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
Azvision.az xəbər verir ki, Prezident Salome Zurabişvilinin imzaladığı fərmana əsasən seçkilər oktyabrın 31-də keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda bu il parlament seçkiləri yeni sistem üzrə keçiriləcək. Belə ki, 30 deputatı majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti