Lukaşenko səsləri saymağı təklif edən səfiri qovdu

   Lukaşenko səsləri saymağı təklif edən səfiri qovdu
  01 Sentyabr 2020    Oxunub:2912
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin İspaniyadakı səfiri Pavel Pustovoyu vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyi üçün səlahiyyətlərinə xitam verib və diplomatik rütbəsindən məhrum edib.
Azvision.az xəbər verir ki, bu barədə Sputnik Belarus məlumat yayıb.

"Pavel Pustovoy rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün fövqəladə və səlahiyyətli birinci dərəcəli səfir diplomatik rütbəsindən məhrum edildi" ,-deyə prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Pustovoy prezident seçkilərində saxtalaşdırılmanın olması ilə əlaqədar səslərin yenidən sayılmasının zəruriliyi ilə bağlı bəyanat vermişdi.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Belarus  





Xəbər lenti