ABŞ-ın kəşfiyyat təyyarəsi qəzaya uğradı

ABŞ-ın kəşfiyyat təyyarəsi qəzaya uğradı
  01 Sentyabr 2020    Oxunub:2066
ABŞ hərbi-dəniz qüvvələrinin “E-2 Hawkeye” uzaqmənzilli radiolokasiya kəşfiyyatı təyyarəsi Virciniya ştatının sahillərində qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı dörd ekipaj üzvü xilas olub.

Belə ki, iki pilot və ekipajın iki digər üzvü təyyarəni vaxtında tərk edə bilib.

Məlumata görə, “E-2 Hawkeye” Norfolk şəhərindəki hərbi bazanın yaxınlığında məşq uçuşu keçirirmiş.

Qəzanın səbəbləri məlum deyil, araşdırma aparılır.

Azvision.az


Teqlər: ABŞ   Təyyarə   Qəza  





Xəbər lenti