Lukaşenko daha bir səfiri işdən çıxardı

 Lukaşenko daha bir səfiri işdən çıxardı
  01 Sentyabr 2020    Oxunub:2007
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin İspaniyadakı səfiri Pavel Pustovoyu vəzifəsindən azad edib.
Azvision.az “BelTA”ya istinadən xəbər verir ki, Lukaşenko bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Pavel Pustovoy Belarusun İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eyni zamanda ölkənin Dünya Turizm Təşkilatındakı Daimi nümayəndəsi vəzifəsindən azad olunub.

Diplomat rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilib.

Xatırladaq ki, daha əvvəl Pustovoy ölkədəki vəziyyətin sülh yolu ilə həlli üçün prezident seçkilərində verilən səslərin yenidən sayılmasının tərəfdarı olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti