İrəvanda atışma olub, yaralı var

İrəvanda atışma olub, yaralı var
  01 Sentyabr 2020    Oxunub:1762
Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.

İrəvanın polis rəisi Armen Qasparyan da hadisə yerinə gəlib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qan izləri, həmçinin əldəqayırma partlayıcı qurğu aşkar ediblər.

Yaralının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlər aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti