ABŞ-da polis qaradərili velosipedçini güllələyərək öldürdü

 ABŞ-da polis qaradərili velosipedçini güllələyərək öldürdü
  01 Sentyabr 2020    Oxunub:3451
ABŞ-da Los-Anceles dairəsi hüquq-mühafizə orqanlarının əməkdaşları qaradərili bir nəfəri güllələyərək öldürüblər.
Azvision.az “CBS News”a istinadən xəbər verir ki, hadisədən sonra çox sayda etirazçı küçələrə çıxıb.

Məlumata görə, polislər velosiped sürən qaradərilini qaydaları pozduğuna görə dayandırmağa çalışıb. Onların arasında dava başlayıb və bu zaman kişi polislərdən birini vurub. Bundan sonra şerifin köməkçisi qaradərili şəxsə atəş açıb. Ardıcıl bir neçə dəfə açılan atəşdən sonra həmin şəxs ölüb.

Hadisə zamanı polislər xəsarət almayıblar.

Qeyd edək ki, Los-Ancelesin cənubunda baş verən hadisə yerinə çox sayda etirazçı toplanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LosAnceles  





Xəbər lenti