“Cenevrə 2” nümayəndələri Suriya münaqişəsinə siyasi çözüm axtararkən Suriya ekstremist qüvvələri öz aralarında münasibətləri müəyyənləşdirməyə çalışır. AzVision.az xəbər verir ki, ölkədə “Əl-Qaidə” ümümdünya terror təşkilatının dəstəklədiyi qüvələrlə digər müxalif qüvvələr arasında böyük şəhərlərə giriş uğrunda qanlı müharibə gedir. Toqquşmaların baş verdiyi Aleppo şəhərindən RT müxbiri Mariya Finoşina xəbər verir.