BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi

 BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi
  01 Sentyabr 2020    Oxunub:4749
BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə üzrə BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkür edib.
Azvision.az xəbər verir ki, Məhəmməd-Bande xüsusi sessiyanın dünya liderlərinin pandemiyaya qarşı cavab tədbirlərində daha çox iştirakını təmin edəcəyinə inandığını vurğulayıb.

“Bu, Baş Assambleyanın pandemiyaya qarşı mübarizədə və virusun insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək. Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti