Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

Azərbaycan XİN Əfqanıstana başsağlığı verib
  01 Sentyabr 2020    Oxunub:1956
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) sel və daşqınların səbəb olduğu insan itkisinə görə Əfqanıstana başsağlığı verib
Azvision.az xəbər verir ki, bununla bağlı XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Biz ölkəyə ciddi şəkildə təsir edən daşqınlar nəticəsində insan tələfatı ilə əlaqədar Əfqanıstan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin zamanda Əfqanıstana dəstəyimizi və həmrəyliyimizi ifadə edirik”,- deyə XİN bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti