Ermənistanda yoluxma sayı 44 minə çatır

 Ermənistanda yoluxma sayı 44 minə çatır
  01 Sentyabr 2020    Oxunub:1898
Ermənistanda son sutka ərzində daha 97 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 43 878 nəfərə yüksəlib.

Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 nəfər artaraq 881-ə çatıb. Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı isə 268 nəfər təşkil edir.

İndiyədək 38 356 nəfər infeksiyadan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti