Qarabağda 288 nəfərdə koronavirus aşkarlanıb

 Qarabağda 288 nəfərdə koronavirus aşkarlanıb
  01 Sentyabr 2020    Oxunub:2568
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 1 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bununla Qarabağda virusa yoluxanların ümumi sayı 288 nəfərə çatıb.

Yeni yoluxma halı Xankəndi şəhərində aşkarlanıb.

Hazırda 49 nəfər təcrid olunub, 4 xəstənin vəziyyəti ağırdır. İndiyədək 10 535 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xankəndi  





Xəbər lenti