Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə danışıb

Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə danışıb
  01 Sentyabr 2020    Oxunub:3717
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyətin normallaşmasında maraqlıdır.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüş zamanı deyib.
Lavrov, bir gün əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla danışdığını söyləyib.

"Biz hər iki tərəfin vəziyyətin sakitləşməsində və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə təşkil etdikləri görüşlərin bərpa edilməsində maraqlı olduğunu hiss edirik”, - deyə Lavrov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Qarabağ  





Xəbər lenti