Azərbaycan XİN Özbəkistanı təbrik edib

Azərbaycan XİN Özbəkistanı təbrik edib
  01 Sentyabr 2020    Oxunub:2850
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Müstəqillik günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Özbəkistanı Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycanla Özbəkistan arasındakı əlaqələr və strateji tərəfdaşlıq xalqlarımızın rifahına töhfə verməkdə davam edir. Bu xoş gündə qardaş Özbəkistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik", - deyə təbrikdə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   XİN  





Xəbər lenti