İranda daha 101 nəfər koronavirusdan ölüb

İranda daha 101 nəfər koronavirusdan ölüb
  01 Sentyabr 2020    Oxunub:2837
İranda ötən sutka ərzində koronavirusdan daha 101 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 21 672 nəfər COVID-19 virusundan ölüb.

Son sutkada 1682 yeni yoluxma qeydə alınıb. İranda koronavirusa yoluxanların ümumi sayı 376 894 nəfərdir. Virus daşıyıcılarından 3709 nəfərin vəziyyəti ağırdır.

Bu günə kimi 325 124 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti