“Tixanovskayanı gözəl bir sarafan kimi istifadə edirlər”

  01 Sentyabr 2020    Oxunub : 2511
“Tixanovskayanı gözəl bir sarafan kimi istifadə edirlər”
Maraqlı qüvvələr Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanı sarafan kimi istifadə edirlər.
Azvision.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.

"O, (Tixanovskaya) gözəl bir sarafan kimi istifadə olunur: onu sərgiyə qoyublar, ingilis, rus dilində, daha sonra Belarus dilində oxuyacaq”, - deyə partiya sədri söyləyib.

Kommunist Partiyasının lideri bir araya gəlməyə və Rusiyanı bu cür hadisələrdən qorumağa çağırıb.

"Mən Prezident Putinə də, Baş Nazir Mişustinə də demişəm, indi tərəddüd etsək, növbəti biz olacağıq. Bizim vəziyyətimiz daha pis olacaq”.

Azvision.az

Teqlər: Rusiya