“Charlie Hebdo” peyğəmbərin karikaturalarını təkrar dərc edəcək

 “Charlie Hebdo” peyğəmbərin karikaturalarını təkrar dərc edəcək
  01 Sentyabr 2020    Oxunub:10775
Fransanın satirik nəşri “Charlie Hebdo” Məhəmməd peyğəmbərin karikaturalarının təkrar dərcinə qərar verib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, nəşr bunu 12 nəfərin öldüyü hadisə ilə bağlı məhkəmə prosesi ərəfəsində edəcək.

Sentyabrın 1-dən etibarən həftəlik buraxılışın onlayn, sentyabrın 2-də isə çap versiyası hazır olacaq.

Xatırladaq ki, məlum karikaturaların dərci 2015-ci ilin yanvarında redaksiyaya hücuma səbəb olmuşdu.

7 yanvar 2015-ci ildə Səid və Şerif Kuaşi qardaşları Parisdə “Charlie Hebdo”nun ofisinə atəş açıblar. Orada 8 jurnalist və rəssam olmaqla 12 nəfər qətlə yetirilib. Qardaşlar isə 9 yanvarda öldürülüblər.

"Əl-Qaida" və İŞİD terror qruplaşmaları hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Məhkəməyə onların tərəfdarı hesab olunan 14 nəfər çıxarılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Karikatura  





Xəbər lenti