Rusiyanın tanınmış aktrisası vəfat etdi

 Rusiyanın tanınmış aktrisası vəfat etdi
  02 Sentyabr 2020    Oxunub:2234
Keçmiş SSRİ və Rusiyanın tanınmış aktrisası, Əməkdar artist İrina Peçernikova 74 yaşında dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə aktyor Yefim Şifrin “Facebook” səhifəsində yazıb.

Aktrisa geniş kütləyə rejissor Stanislav Rostotskinin “Bazar ertəsinədək yaşayıb görərik” filmi ilə tanınıb. O, həmçinin “İki kapitan”, “Şəhərlər və illər”, “İlk məhəbbət” və s. filmlərlə məşhurlaşıb.

Peçernikovanın ölüm səbəbi məlum deyil.

Aktrisanın övladı olmayıb. O, həyat yoldaşı, aktyor Aleksandr Solovyovun faciəli ölümündən sonra uzun müddət özünə gələ bilməyib və depressiyaya düşüb. Peçernikova Solovyovla birgə 20 il ömür sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Aktrisa   Rusiya   Film  





Xəbər lenti