Məşhur aktyor xərçəngdən öldü

Məşhur aktyor xərçəngdən öldü
  02 Sentyabr 2020    Oxunub:2884
Rusiyanın Xalq artisti Boris Klyuyev 77 yaşında vəfat edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, teatr və kinoda 100-dən çox rol oynayıb.

Klyuyevin ən məşhur rollarından biri “Üç muşketyor”da qraf Roşfor obrazıdır.

Aktyor 1984-cü ildə çəkildiyi “TASS elan etməyə səlahiyyətlidir” filmindəki casus Trianon rolu ilə də populyarlıq qazanıb. 1986-cı ildə “Mixaylo Lomonosov” serialında qraf Orlovu canlandırıb. 1980-ci illərin əvvəllərində o, “Şerlok Holmsun sərgüzəştləri”ndə Maykroftu oynayıb.

Son illərdə aktyor çəkildiyi “Voroninı” serialındakı Nikolay Petroviç obrazı ilə tamaşaçıların sevgisini qazanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Aktyor  





Xəbər lenti