Rusiyanın ilk Ombudsmanı vəfat edib

Rusiyanın ilk Ombudsmanı vəfat edib
  02 Sentyabr 2020    Oxunub:2162
Rusiyanın ilk Ombudsmanı, vəkil, Dövlət Dumasının sabiq deputatı Oleq Mironov 81 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın hazırkı Ombudsmanı Tatyana Moskalkova sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, Mironovun fəaliyyətini təqdir edib, mərhumun hüquqi maarifləndirmə, Ombudsman institutunun inkişafındakı rolunu vurğulayıb.

Xatırladaq ki, O.Mironov 1998-2004-cü illərdə Rusiyanın Ombudsmanı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ombudsman   Rusiya  





Xəbər lenti