Naxçıvanda dövlət sektorunda çalışanların sayı azalıb

Naxçıvanda dövlət sektorunda çalışanların sayı azalıb
  02 Sentyabr 2020    Oxunub:2377
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. 2005-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,6 faizini təşkil etdiyi halda, 2020-ci ilin yanvar-iyun aylarında bu göstərici 15,2 faiz səviyyəsində olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 96,5 min nəfər təşkil edib. Bunun da 37,9 min nəfəri dövlət, 58,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,4 faizi sənaye, 12,2 faizi tikinti, 19,5 faizi topdan və pərakəndə ticarət, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,4 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat   İşləyən  





Xəbər lenti