Yaponiya hökumətinin baş katibi seçkilərə qatılır

Yaponiya hökumətinin baş katibi seçkilərə qatılır
  02 Sentyabr 2020    Oxunub:2723
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Baş Nazir vəzifəsinə seçkilərdə iştirak etməklə bağlı qərarını açıqlayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səhhətinə görə istefa vermiş Baş Nazir Şinzo Abenin "sağ əli" hesab olunan 71 yaşlı Suqa səkkiz ilə yaxındır kabinetin baş katibi vəzifəsini icra edir.

Ölkənin Baş Naziri olacaq Liberal Demokrat Partiyasının yeni sədrinin sentyabrın 14-də seçilməsi planlaşdırılır. Sentyabrın 16-da isə Yaponiya hökumətinin yeni rəhbərinin parlamentdə təsdiqlənməsi gözlənilir.

Partiyanın yeni rəhbəri vəzifəsində Şinzo Abe üçün ayrılmış müddətin sonuna qədər, yəni 2021-ci ilin sentyabrına qədər qalacaq.

Xatırladaq ki, LDP sədrliyi uğrunda mübarizəyə sabiq Xarici İşlər naziri Fumio Kişida və keçmiş Müdafiə naziri Şiqeru İşibanın qoşulduqlarına dair məlumat yayılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti