Malinin devrilmiş prezidenti insult keçirdi

Malinin devrilmiş prezidenti insult keçirdi
  02 Sentyabr 2020    Oxunub:2786
Malinin hərbi qiyamla devrilmiş prezidenti İbrahim Bubakar Keyt insult keçirib.
Azvision.az xəbər verir ki, bu barədə yerli “Nord Sud Jorunal” nəşri yazıb.

Daha əvvəl prezidentin xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb, amma səhhəti haqqında məlumat verilməyib.

Qeyd edilib ki, Keyta Malinin paytaxtı Bamakoda özəl klinikaya yerləşdirilib.

“Səhhəti sabitdir, ancaq müalicəsini davam etdirmək üçün xaricə aparmaq lazım ola bilər”, - deyə məlumatda vurğulanıb.

Onun xəstəxanaya yerləşdirilməsi faktını ailə üzvü və tibb müəssisəsindəki iki mənbə təsdiqləyib.

"İbrahim Bubkar Keyta insult keçirib, amma xoşbəxtlikdən ağır formada deyil. Şüuru üstündədir, vəziyyəti stabildir", - nəşr yazıb.

Devrilmiş prezidentin ötən bazar günü keçmiş iqtisadi müşaviri İbrahim Bokara Banın vəfat etməsi xəbərindən sarsıldığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti