Ermənistan XİN bu dəfə “sülh”dən dəm vurur

Ermənistan XİN bu dəfə “sülh”dən dəm vurur
  02 Sentyabr 2020    Oxunub:3399
"Ermənistan bir sıra yanaşmalar əsasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair işi davam etdirməyə hazırdır".
Azvision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.

O, xarici işlər naziri Zohrab Mnatsakanyanın İrəvanın Qarabağ probleminin həlli üçün sülh prosesi çərçivəsində işi davam etdirməyə hazır olduğu barədə əvvəlki açıqlamasını xatırladıb.

Naqdalyan əlavə edib ki, Ermənistan XİN Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun sülh prosesini bərpa etmək istəyi ilə bağlı açıqlamasını nəzərə alır.

"Danışıqlarla bağlı konkret tarix olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə Naqdalyan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   XİN  





Xəbər lenti