Ermənistanda içkidən ölənlərin sayı 14-ə çatıb

 Ermənistanda içkidən ölənlərin sayı 14-ə çatıb
  02 Sentyabr 2020    Oxunub:3670
Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində daha iki nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan biri dünən yerləşdirildiyi İrəvandakı xəstəxanada ölüb. Bundan əlavə, daha bir ölüm faktı qeydə alınıb.

Məlumata görə, saxta araq hazırlamaqda və satmaqda şübhəli bilinən 50 yaşlı Armavir sakini Aşot Ovsepyan saxlanılıb. Onun hazırladığı araqdan Armavirdə 20 nəfər zəhərlənib, onlardan 9-u ölüb. Doqquz nəfərin "Ermənistan" tibb mərkəzində müalicəsi davam edir, iki nəfər evə buraxılıb.

İrəvanda isə son üç gündə alkoqoldan 7 zəhərlənmə faktı aşkar edilib, 5 nəfər ölüb.

Müayinə zamanı İrəvan və Armavir sakinlərinin fərqli araqlardan istifadə etdikləri məlum olub. İrəvan sakinlərinin hətta tibbi spirt içə biləcəyinə dair iddia irəli sürülüb.

Qeyd edək ki, 31 avqust - 2 sentyabr tarixlərində zəhərlənmə hadisələrinin ümumi sayı 27-yə çatıb, onlardan 14-ü ölümlə nəticələnib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti