Putinlə Lukaşenkonun Moskvada görüşəcəyi dəqiqləşdi

Putinlə Lukaşenkonun Moskvada görüşəcəyi dəqiqləşdi
  02 Sentyabr 2020    Oxunub:3645
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə danışıqlar zamanı deyib.

"İki ölkənin prezidentlərinin yaxın bir neçə həftə ərzində Rusiyanın paytaxtında görüşü baş tutacaq. Bu görüş qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirmək üçün bizim birgə istəyimizdir", - deyə Lavrov bildirib.

Bundan əlavə, Xarici İşlər naziri 3 sentyabrda Rusiyanın Baş Naziri Mixail Mişustinin Minskə səfər edəcəyini söyləyib.

Eyni zamanda, Belarusun Müdafiə naziri Viktor Xrenin MDB, ŞƏT(Şanxay Əməkdaşlıq Təşkilatl) və KTMT ölkələrinin müdafiə nazirlərinin birgə iclasında iştirak etmək üçün cümə günü Moskvaya yola düşəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Rusiya   Prezident   Görüş  





Xəbər lenti